Modern.az

Bu rayonlarda qaz kəsiləcək

Bu rayonlarda qaz kəsiləcək

Aktual

13 Sentyabr 2022, 11:28

“Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 14 sentyabr 2022-ci ildə saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”,  “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İB-dən verilən məlumatda bildirilib.


Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı