Modern.az

Xankəndidə üç gündür mitinq keçirilir

Xankəndidə üç gündür mitinq keçirilir

Aktual

17 Sentyabr 2022, 12:52

Xankəndidəki mərkəzi meydanda artıq üçüncü gündür ki, mitinqlər keçirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağ erməniləri mitinqlərdə baş nazir Nikol Paşinyanın bir neçə gün öncə parlamentdə səsləndirdiyi fikirlərə etiraz edirlər.


Nikol Paşinyanın sülh naminə çətin qərarlar qəbul etmək məsuliyyətini öz üzərinə götürməsi barədə bəyanatı Qarabağ erməniləri arasında narahatlıq doğurub.

Məlumatlara görə, Qarabağ ermənilərinin statusu ilə bağlı heç bir sənədin müzakirə olunmadığına dair açıqlamalar Xankəndidə təşvişə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı