Özbəkistan ədəbiyyatına böyük itki üz verib. Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Camal Kamalın əsas xidmətlərindən biri Müqəddəs “Qurani-Kərim”in özbək dilinə tərcümə etdməsidir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə tam olaraq özbək dilinə tərcümə edib. Şair bir sıra digər Azərbaycan şairlərini də özbək dilinə çevirib. Şair həmçinin dünya ədəbiyyatının klassikləri Cəlaləddin Rumi, Faridəddin Əttar, Mirzə Abdulqədir Bedil, Abdürrəhman Cami, Yunus Əmrə, Vilyam Şekspir və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.
Camal Kamalın xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, O, Azərbaycan Mədəniyyət Nazirliyimizin "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın dəstəyi ilə onun 80 illik yubileyi Bakıda geniş qeyd olunub.
Allah rəhmət eləsin.