Modern.az

“Qarabağ” “Olimpiakos”la cavab matçına çıxır

“Qarabağ” “Olimpiakos”la cavab matçına çıxır

Aktual

13 Oktyabr 2022, 07:46

Bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, "Qarabağ" G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. "Köhlən atlar" ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

 

Qrupun digər görüşündə 9 xala malik Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

 

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

 

20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

Xal durumu:

"Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı