Modern.az

Qarabağda kənd təsərrüfatının bu sahələri inkişaf etdirilir

Qarabağda kənd təsərrüfatının bu sahələri inkişaf etdirilir

Current

19 Oktyabr 2022, 14:52

İşğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə əkin təyinatlı torpaqların həcmi müəyyən edilərək müxtəlif bitkilərin əkilməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev bildirib.

 

S.Mövlayev qeyd edib ki, ümumilikdə Qarabağın ənənəvi kənd təsərrüfatı potensialının dirçəlməsi və qısa zamanda inkişafı üçün real addımlar atılır:

 

“Ənənəvi sahələrin bərpası ilə yanaşı, bölgədə kartof, tərəvəz, bostan və yem bitkiləri əkinlərinin genişləndirilməsi imkanları da böyükdür. Həmin ərazilərdə meyvəçiliyin inkişafına da xüsusi diqqət yetiriləcək.

 

Eyni zamanda, otlaq və yaylaqların üstünlük təşkil etməsi və tarixən təsərrüfatçılıq ənənələrinin əsasən bu istiqamətdə olması ilə əlaqədar heyvandarlıq sahəsi də inkişaf etdiriləcək. Artıq heyvandarlığın inkişafı üçün böyük potensiala malik olan işgaldan azad olunmuş ərazilərə bir neçə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi həyata keçirilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı