Modern.az

Putin Makron və Şoltsla danışmağı planlaşdırmır - Peskov

Putin Makron və Şoltsla danışmağı planlaşdırmır - Peskov

Aktual

24 Oktyabr 2022, 14:34

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında təmasların azalması onların Rusiyanın mövqeyinə qulaq asmaq istəməmələri ilə bağlıdır.


Modern.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.


“Sadəcə, son vaxtlar onlar vasitəçilik xidmətləri göstərmək üçün hər hansı səylərdə iştirak etmək istəyini nümayiş etdirmirlər, buna görə də onlarla əlaqə daha azdır”, - Peskov jurnalistlərə bildirib.


Peskov onu da əlavə edib ki, Rusiya prezidenti Makron və Şolts da daxil olmaqla Qərb liderləri ilə telefon danışığı aparmağı planlaşdırmır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı