Modern.az

Seçkilərə 30 milyon manatdan çox pul ayrılacaq

Seçkilərə 30 milyon manatdan çox pul ayrılacaq

Aktual

25 Oktyabr 2022, 11:04

Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.

 

Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

 

Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı