Modern.az

Avropa Məhkəməsinin qərarlarının icrasına Ermənistan rəhbərlik edəcək

Avropa Məhkəməsinin qərarlarının icrasına Ermənistan rəhbərlik edəcək

Aktual

16 May 2013, 11:55

Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi bu gündən Ermənistana keçir. Modern.az bildirir ki, bu gün keçiriləcək 123-cü iclasda sədrlik Andorradan Ermənistana veriləcək. Bu məqsədlə xarici işlər naziri Edvard Nalbandyan Strasburqa gəlib. Səfər çərçivəsində o, Avropa Şurasının baş katibi Turbern Yaqlandla görüşüb. Yaqlanda görüş zamanı qeyd edib ki, yeni post İrəvan üzərinə böyük məsuliyyət qoyur.

Avropa Şurasının Nazirlər Komitəsinin tərkibi  üzv dövlətlərin xarici işlər nazirlərindən ibarətdir.  Komitə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı məhkəmə qəraralrının icrasına nəzarəti həyata keçirir.  Ermənistan Komitəyə altı ay müddətində rəhbərlik edəcək.

X. SƏFƏROĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı