Modern.az

Türkiyədən Azərbaycana 150 min manatlıq tibbi yardım

Türkiyədən Azərbaycana 150 min manatlıq tibbi yardım

Current

24 İyun 2013, 16:35

Bir neçə ildir ki, dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi humanitar və beynəlxalq layihələrlə çox böyük nüfuz qazanmış, Türkiyənin Beynəlxalq Yerüzü Doktorlar Humanitar Təşkilatı Yeni Azərbaycan Partiyasının dəvəti ilə artıq üçüncü dəfədir ki, Azərbaycana gəlir.

Modern.az-ın məlumatına görə, təşkilatın növbəti humanitar səfəri 23-30 iyun tarixlərində millət vəkili  Azər Kərimlinin təçkilatçılığı ilə Qax rayonuna olacaq və şimal bölgəsinin əhalisinə yüksək tibbi xidmət edəcəklər. Yerüzü Doktorlar Humanitar TəşkilatıTurkiyənin çox tanınmış və təcrübəli həkimlərindən ibarət 9 nəfərdən həkim briqadası ilə təmsil olunurlar. Onlar eyni zamanda təxminən 150 000,0 AZN məbləğində dərman və tibbi ləvazimat da gətiriblər.

Qeyd etmək lazımdır ki, Türkiyə Cumhuriyyəti Xarici İşlər Naziri Əhməd Davudoğlunun xanımı, tanınmış həkim-uzman Sara Davudoğlu Yerüzü Doktorlar Humanitar Təşkilatının Türkiyə üzrə əsas rəhbərlərindəndir. Doktor Sara xanım Davudoğlu Yerüzü Doktorlar Humanitar Təşkilatının ilk dəfə Azərbaycana səfəri zamanı nümayəndə-həkimlər briqadasına rəhbərlik edirdi. Bu səfərlər zamanı Bakıda, Gəncəbasarda yüzlərlə xəstəni əməliyyat edərək onlara şəfa veriblər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı