Modern.az

"Qarabağ"ın oyunu Azərbaycanda yayımlanmadı - SƏBƏB

Aktual

24 Avqust 2023, 23:05

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşması Azərbaycanda yayımlanmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə klub "Facebook" səhifəsində paylaşım edib.

 

"Hörmətli azarkeşlər, "Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.

 

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır", - deyə məlumatda vurğulanıb.

 

Məsələ ilə bağlı “İdman Azərbaycan” kanalı da məlumat yayıb:

 

“Əziz izləyicilər, texniki problem səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”, - açıqlamada deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı