Modern.az

İran Tehranda Azərbaycan səfirliyinin açılmasını GÖZLƏYİR

İran Tehranda Azərbaycan səfirliyinin açılmasını GÖZLƏYİR

Current

18 Sentyabr 2023, 15:56

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirilən mətbuat konfransında Azərbaycanla münasibətlərdən danışıb.

 

Modern.az xəbər verir ki, o, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahianın azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığına toxunub.

 

Sözçü iki ölkə arasında məhkəmə, təhlükəsizlik və iqtisadi mövzularda danışıqlar aparıldığını və prosesin "isti, müsbət və irəliyə doğru gedən yolda" olduğunu bildirib.

 

O, həmçinin bu danışıqlar vasitəsilə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağına ümid etdiyini diqqətə çatdırıb.

 

Xatırıladaq ki. iki ölkənin XİN başçıları arasında telefon danışığı 17 sentyabr tarixində baş tutub. Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər. Son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib. 

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı