Modern.az

BDU-nun Qubadakı Tədris Mərkəzindən FOTOSESSİYA

BDU-nun Qubadakı Tədris Mərkəzindən FOTOSESSİYA

Current

23 Sentyabr 2013, 17:05

Sentyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) Qubanın II Nügədi kəndindəki yeni tədris-təcrübə və istirahət mərkəzi istifadəyə verilib. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov da iştirak edib. Abel Məhərrəmov çıxış edərək, respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açaraq, bildirib ki, 5 mərtəbəli mərkəzin inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılıb. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin 17 fakültəsində təhsil alan 20 min tələbə müxtəlif tədris təcrübələri keçəcək, müəllim və tələbələrin istirahəti təşkil ediləcək.

Həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Bundan əlavə, mərkəzdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunub. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır. Avropanın qabaqcıl universitetləri ilə rəqabət aparmaq istəyən və hazırda 86, o cümlədən 52 beynəlxalq proqram və qrant layihəsi həyata keçirən BDU-nun kollektivi yeni mərkəzin imkanlarından yararlanaraq bu layihələrin sayını daha da artırmaq, həmin mərkəzdə təhsil və elmi fəaliyyətlərə dair beynəlxalq tədbirlər keçirmək niyyətindədir. 200-ə yaxın elm adamının iştirak etdiyi iclasda ali təhsil sistemində islahatlar çərçivəsində tədris-təcrübə bazalarının rolu, mərkəzin strukturunun təsdiqi, fəaliyyəti və perspektivləri haqqında müzakirələr aparılıb. elmi şuranın genişləndirilmiş iclası keçirilib.

Modern.az  Qubadakı Tədris-təcrübə və istirahət mərkəzindən Fotosessiyanı təqdim edir.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı