Modern.az

İraqda növbəti terror: 3 ölü, 12 yaralı

İraqda növbəti terror: 3 ölü, 12 yaralı

World

18 İyun 2016, 23:52

İraqda növbəti terror hadisəsi törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Tuz-Xurmatu şəhərində avtomobildə quraşdırılan bombanın partlaması nəticəsində iki mülki sakin, bir polis əməkdaşı həlak olub.

 

Terror aktı nəticəsində 12 nəfər xəsarət alıb.

 

Hazırda şəhərdə İŞİD terror qruplaşmasının silahlıları ilə kürd peşmərgələri arasında döyüşlər gedir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı