Modern.az

İran və Azərbaycanın sərhəd komandanlarının iclası keçiriləcək

İran və Azərbaycanın sərhəd komandanlarının iclası keçiriləcək

World

2 Dekabr 2017, 20:18

Dekabrın 3-də Tehranda  İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçiriləcək. Modern.az APA-ya istinadən xəbər verir ki, bunu  İran Sərhəd Qoşunlarının komandanının beynəlxalq məsələlər üzrə müavini general Xəlil Qasimnejad deyib.

 

Onun sözlərinə görə, iclasın keçirilməsində məqsəd iki ölkənin sərhədçiləri arasında mövcud əməkdaşlıq səviyyəsinin inkişaf etdirilməsidir.

 

İclas İranın Sərhəd Qoşunlarının komandanı, general Qasem Rza və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin həmsədrliyi ilə keçiriləcək.

 

İclasda 2015-ci ildə Bakıda keçirilən 9-cu iclas çərçivəsində qaldırılan məsələlərin reallaşdırılması da müzakirə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı