Modern.az

Türkiyədə koronavirusdan daha 221 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 221 nəfər ölüb

World

26 Fevral 2022, 21:33

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 221 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabında məlumat paylaşıb.

 

Nazirin yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 421 min 855 nəfərin test edildiyi, 61 min 764 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 552 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı