Modern.az

Vəhdətdən qəfil xəbər: Tahir Kərimli rəsmən deputatlığa namizəd oldu

Vəhdətdən qəfil xəbər: Tahir Kərimli rəsmən deputatlığa namizəd oldu

Ölkə

9 Oktyabr 2010, 16:45

Vəhdət Partiyasının sədri Tahir Kərimli 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb. Modern.az MSK-nın mətbuat xidmətinə istinadən bildirir ki, Vəhdət sədri oktyabrın 2-də imza vərəqələrini götürüb və 5-də qaytarıb. Oktyabrın 9-da DSK onun namizədliyini rəsmən qeydə alıb. 
Maraqlıdır ki, dünənədək “Seçkilər” İnformasiya Mərkəsinin internet resursunda T.Kərimlinin namizəliyini irəli sürməsinə dair qeydlər yox idi. Bu, doğruda da qəfil xəbər oldu.

Tahir Kərimli milli-azadlıq hərəkatının fəallarından olub. 20 yanvarla bağlı İsmayıllı Məhkəməsinin hakimi olarkən SSRİ prezidenti Mixail Qorbaçova ölüm hökmü çıxarıb. 1992-93-cü illərdə Azərbaycan Ali Məhkəməsinin sədri olub. Rəhbərlik etdiyi “Vəhdət” partiyası uzun müddət hakimiyyətə müxaifətdə olub. 2008-ci ildən isə hakimiyyətə loyal mövqeyi ilə tanınır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı