Modern.az

9-cuların son imtahan nəticələri bu tarixdə elan ediləcək

9-cuların son imtahan nəticələri bu tarixdə elan ediləcək

Təhsil

Bu gün, 12:22

Dövlət İmtahan Mərkəzi aprelin 26-da keçirdiyi keçirdiyi imtahanlarla bağlı açıqlama verib.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri növbəti həftə ərzində elan olunacaq.

Qeyd edək ki, aprelin 26-da Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

Mail

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı