Modern.az

Sərkisyanla bağlı 100 minlik petisiya vaxtından əvvəl başa çatdı

Sərkisyanla bağlı 100 minlik petisiya vaxtından əvvəl başa çatdı

Təhsil

18 Fevral 2015, 02:58

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının başa çatdığını xəbər verib. Modern.az saytının məlumatına görə, Azay Quliyev bildirib ki, QHT Şurasının nəzdindəki İşçi Qrup tərəfindən təşkil edilən petisiya vaxtından əvvəl başa çatıb.

”Bu işdə əməyi olan hər bir kəsə, o cümlədən İşçi Qrupunun sədri və üzvlərinə, QHT təmsilçilərinə, bu kampaniyanın aparılmasında əvəzsiz xidməti olmuş media mənsublarına, tələbələrə, ictimai aktiv şəxslərə, xaricdə yaşayan soydaşlarımıza və səsimizə qoşulanların hamısına təşəkkürümü bildirirəm.
Mən son günlər səsvermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çox minli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə ayrıca minnətdarlığımı çatdırıram.
Qeyd edim ki, Şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyi, xarici ölkələrdən də gəldi. Bu prosesi hər gün yaxından izləyən əməkdaşların verdikləri məlumata görə Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər tapıldı. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sarkisyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər.
Növbəti addımız nə olacaq? Bildirim ki, kampaniyaya başlamazdan öncə bu barədə fəaliyyət planı hazırlamışıq. Yaxın günlərdə İşçi Qrupu atılacaq növbəti addımlar və ayrı-ayrı istiqamətdə görüləcək işlər barədə ictimaiyyətə geniş məlumat verəcək.
Əminəm ki, Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımında birbaşa, habelə dolayısı ilə iştirak etmiş hər bir cinayətkar gec-tez haqlı cəzasını alacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar”-deyə Azay Quliyev bildirib.

A.Qorxmaz 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı