Modern.az

”Müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”

”Müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”

مورد توجه

27 May 2016, 22:07

"Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 2 ildən sonra süqut etdi.  Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir. Cümhuriyyətin süqutundan sonra Azərbaycan xalqı üçün sovet dövrü başlayıb. Əlbəttə, biz müstəqil deyildik, özümüz müstəqil siyasət apara bilmirdik. Bununla belə, o dövrdə də müsbət məqamlar az deyildi. İlk növbədə təhsillə bağlı məsələlər öz həllini tapdı. Bu gün Azərbaycanda əhalinin savadlılığı təxminən 100 faizdir". Modern.az saytı xəbər verir ki, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı vurğulayıb ki, sovet dövründə, xüsusən Heydər Əliyevin rəhbərliyi dövründə elm, mədəniyyət, incəsənət, kənd təsərrüfatı və sənayenin inkişafı  təmin edilib: “Əgər sovet Azərbaycanının sosial-iqtisadi statistikasına nəzər salsaq, bunu görmək mümkündür. 1970-ci ilə qədər Azərbaycan ən geridə qalmış yerlərdə idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan inkişaf etməyə başladı və qısa müddətdə donor respublikaya çevrildi. SSRİ-də Rusiyadan başqa iki respublika – Belarus və Azərbaycan özünü təmin edir, ümumittifaq xəzinəsinə öz maddi töhfəsini verirdi. Bu, böyük nailiyyət idi, çünki Azərbaycan o illərdə inkişaf etdi. Sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı sürətlə inkişaf etdi, xalqımız daha da yaxşı yaşamağa başladı. Hesab edirəm ki, o illərdə görülən işlərə, Heydər Əliyevə olan hörmətə görə  xalqımız üçün ən çətin anlarda xal qulu öndərə üz tutdu, 1993-cü ildə onu hakimiyyətə dəvət etdi. Bununla Azərbaycan xalqı bir daha öz müdrikliyini göstər”.

Prezident İlham Əliyev bildirib ki, əgər 1193-cü ildə Heydər Əliyev xalqın tələbi ilə bir daha hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi: “1991-ci ildə əldə edilən müstəqillik böyük bir tarixi şans, böyük bir sərvət idi. Əfsusoar olsun ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Ölkəmizi xaos bürümüşdü, daxili çəkişmələr, anarxiya, silahlı quldur dəstələri meydan oxuyurdular. Özbaşınalıq, iqtisadi tənəzzül, böhran, nəticədə bu xoşagəlməz hallar vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Ən dəhşətli müharibə vətəndaş müharibəsidir, qardaş qanı axıdıldı. Belə bir vəziyyətdə işğalçı Ermənistan, erməni millətçiləri bundan istifadə edərək torpaqlarımızı işğal etdilər. 1992-ci ildə Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Belə bir ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi və o da bu müraciətə öz dəstəyini verdi, hakimiyyətə gəldi. Ondan sonra Azərbaycan inkişaf etməyə başladı. Təxminən 3 il vaxt lazım idi ki, iqtisadi sabitləşmə təmin edilsin. Biz statistikadan görürük ki, məhz 1996-cı ildə  iqtisadi sabitləşmə əldə edildi. Ondan sonra isə Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başladı. Siyasi sistem yaradıldı, 1995-ci ildə Konstitusiya qəbul edildi, xarici investorlar ölkəmizə dəvət edildi və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi. Biz bu gün ol illərdə görülən işlərin bəhrəsini görürük. Azərbaycanı uğurla bu möhkəm təməl üzərində irəliyə aparırıq. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir, bu siyasətə sadiqdir. Əlbəttə dünya dəyişir, bölgə dəyişir. Biz indi tam fərqli geosiyasi vəziyyətdə yaşayırıq. Ancaq biz həm xarici, həm daxili siyasətlə bağlı prinsipial seçimimizə sadiqik. Azərbaycanda xalq vahid amal uğrunda çalışır, vahid amal ətrafında birləşib ki, ölkəmizi daha da gücləndirək, xalqımızın rifah halını yüksəldək, Azərbaycanın dünyadakı nüfuzu daha da artsın və biz dayanıqlı, uzunmüddətli inkişaf strategiyamızı icra edə bilək. Buna nail olmaq üçün əlbəttə ki, qarşımızda önəmli vəzifələr durur. Son illər ərzində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapır”.

Prezident vurğulayıb ki, olkəmizin siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: “ Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur. Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik.

O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı