Modern.az

Penitensiar Xidmətdən Əli İnsanov barəsindəki xəbərə REAKSİYA

Penitensiar Xidmətdən Əli İnsanov barəsindəki xəbərə REAKSİYA

Aktual

7 İyun 2016, 16:17

Vəkil Namizəd Səfərov özünün Facebook səhifəsində sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açıldığı barədə məlumat yayıb.

 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

 

““Deyəsənlə” başlayan paylaşım onun həqiqət olmasına dəlalət etmir. Penitensiar Xidmətdə belə bir məlumat yoxdur. Həm də Xidmətin kimlərinsə Facebook statsunu şərh etmək kimi öhdəliyi yoxdur”.

 

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

 

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı