Modern.az

Yenidən xəttə buraxılan avtobus marşrutlarına dair rəsmi AÇIQLAMA

Yenidən xəttə buraxılan avtobus marşrutlarına dair rəsmi AÇIQLAMA

Aktual

16 İyun 2016, 13:30

İyun ayının 9-da bağlanan “Xaliq Faiqoğlu” şirkətinə məxsus 18 və 96 nömrəli marşrutlar yenidən xəttə buraxılıb.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Modern.az saytına açıqlamasında faktı təsdiqləyib:

“Bəli, 18 və 96 nömrəli marşrutlar xəttədir”.

 

Qurum rəsmisi məsələyə dair əlavə şərh vemək istəməyib.

Qeyd edək ki, iyunun 9-da BNA 16, 18 və 96 saylı marşrut xətlərinin tələblərə cavab vermədiyini və təkrarlanan marşrut xətləri hesab olunduğunu əsas gətirərək bağlandığını elan etmişdi.

 

Onu da bildirək ki, məlumat yayılandan sonra sözügedən marşrut xətləri üzrə hərəkət edən avtobus sürücüləri etiraz aksiyası keçirmişdi.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı