Modern.az

Dövlət sifarişli yerlərdə müsabiqə çətin olacaq

Dövlət sifarişli yerlərdə müsabiqə çətin olacaq

Aktual

15 İyul 2016, 11:10

“Dövlət sifarişli yerlərin sayı 497 yer (4faiz) artıb. Ötən il dövlət sifarişli yerlərin sayı 11714 olub. Bu il isə yerlərin sayı 12221 yer müəyyən edilib”

 

Modern.az saytının məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. O, bu il ayrı-ayrı qruplar üzrə dövlət sirafişli yerlərin sayını açıqlayıb:

 

“Birinci qrupda dövlət sifarişli yerlərin sayı 300 yer (5.9%), ikinci qrupda 168 yer (9%), üçüncü qrupda 3 yer, dördüncü qrupda 62 yer (4.99%) artıb. Bu rəqəmlər göstərir ki, dövlət sifarişli yerlərdə müsabiqə çətin olacaq. Ümumi vakant yerlərin sayı 41965 yer ayrılıb. Bu keçən ilki vakant yerlərdən 7.21 faiz çoxdur”.

 

M.Abbaszadə onu da vurğulayıb ki, 200 bal toplamayan abituriyent ali məktəbə qəbulu ola bilməyəcək. “Lakin onlar orta ixtisas təhsili müəssisələrinə müraciət edə bilər. Əlbəttə, onlar “2” almayıblarsa. Çünki kolleclərə qəbul buraxılış imtahanları nəticələri əsasında aparılır. 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə 6940 yer ayrılıb. Bu ötən illə müqayisədə 807 yer(13%) artım deməkdir. Ötən il bu rəqəm 6133 idi. Ali və orta ixtisas təhsili müəssisələrinə 48905 yer ayrılıb”.

 

Ağa Akifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı