Millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub. Modern.az-ın Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, R.Sadıqov bir müddət öncə "B" kateqoriyalı məşqçilik kursunu uğurla başa vurub. Artıq Rəşad Sadıqov U-19 komandasına rəhbərlik etməklə yanaşı, əsas komandada çıxışını da davam etdirəcək.
Modern.az