Modern.az

YAP referendumla bağlı təşviqat qrupunu elan etdi

YAP referendumla bağlı təşviqat qrupunu elan etdi

Aktual

1 Avqust 2016, 16:43

Avqust ayının1-də 2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən  təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirilib.

 

YAP-dan Modern.az-a verilən məlumata görə, yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.

 

Konstitusiyaya əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun «Yeni Azərbaycan» adlandırılması qərara alınıb.

 

Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin  tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunmuş, habelə yaradılan «Yeni Azərbaycan» təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı