Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım avqustun 9-da keçirilən Putin-Ərdoğan görüşü ilə bağlı danışıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, diplomat tərəflərin kürd problemini də müzakirə etdiyi və məsələdə fərqli yanaşmanın olduğunu etiraf edib.
“Biz bu haqda 9 avqustda da danışmışıq, gələcəkdə də danışacayıq. Demək olar ki, kürd məsələsində Ankara və Moskvanın mövqeləri fərqlənir”.
Bununla bel, Ümit Yardım Moskva və Ankaranın bu məsələ ilə bağlı müzakirəni davam etdirəcəyini deyib.
Vüqar İSMAYILOV