Modern.az

Patrik Hikki avqustun 23-də məhkəmə qarşısına çıxarılacaq

Patrik Hikki avqustun 23-də məhkəmə qarşısına çıxarılacaq

مورد توجه

21 Avqust 2016, 21:13

Avropa Olimpiya Komitəsinin sabiq rəhbəri (EOC), Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin üzvü və İrlandiya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Patrik Hikki avqustun 23-də məhkəmə qarşısına çıxarılcaq. Modern.az saytı  Virtualaz.org-a  istinadən bildirir ki, bu barədə BOK rəhbəri Tomas Bax məlumat verib.

 

Braziliya polisinin avqustun 17-də həbs etdiyi Patrik Hikki İrlandiya Olimpiya Komitəsi üçün ayrılmış biletləri dəyərindən bir neçə dəfə baha satdırmaqda ittiham olunur.

 

Həbsindən dərhal sonra məlumat yayıldı ki, Patrik Hikki xəstəxanaya yerləşdirilib.. Sonra İrlandiya MOK-u Hikkinin tutduğu bütün vəzifələri müvəqqəti tərk eydiyini bildirdi. Bundan sonra o, Rio-de-Janeyro polisinə, məhkəmə pul cəzası müqabilində sərbəst buraxılması barədə tələbini rədd etdikdən sonra isə ciddi rejimli "Bang" həbsxana aparılıb.

 

"Hikki ilk dəfə çərşənbə axşamı məhkəmə qarşısına çıxacaq”,- deyə Bax bildirib.

 

Xatırladaq ki, Hikki İrlandiya MOK-una 1989-cu ildən başçılıq edir. O, müasir Olimpiya hərəkatının "idman siyasət deyil" prinsipinin ardıcıl tərəfdarı kimi tanınır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı