Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Respublikanın əməkdar artisti, Rəhman Rəhmanov Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə adıçəkilən teatra yollanıb.
Modern.az xəbər verir ki, Mingəçevir şəhərdə yerləşən uşaq bağçaları və körpələr evlərində ”Şəngülüm, Şüngülüm, Məngülüm” qədim xalq nağılını aktyor kuklaların dili ilə uşaqlara çatdırıb.
Onun təqdim etdiyi bu tamaşa mingəçevirli balaca fidanlar tərəfindən çox böyük sevinclə qarşılanıb.
Azyaşlı tamaşaçılar qarşısında çıxış edən əməkdar artist uşaqlarla, müəllim və valideynlərlə maraqlı görüşlər keçirib.
Həmçinin,uşaqların sevimlisi olan əməkdar artist Rəhman Rəhmanov bu ilin oktyabr ayında Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə yerlı aktyorlarla birgə yeni iki tamaşa hazırlayacaq və yenidən Mingəçevirdə uşaqların qonağı olacaq.
Birlikdə əyləncənin gözəlliyi və pis əməllərdən uzaqlaşmaqla daha səmərəli işlərə maraq oyadan 45 dəqiqəlik yeni tamaşalar uşaqlara xoş istirahət bəxş edəcək.
Namidə BİNGÖL