Modern.az

Araz Əlizadənin Qarabağla bağlı "ikili" MÖVQEYİ

Araz Əlizadənin Qarabağla bağlı "ikili" MÖVQEYİ

Aktual

21 Sentyabr 2016, 14:03

 

 “Düşünmürəm ki, digər partiyalar beynəlxalq təşkilatlarda Qarabağ məsələsini  qabardır. Çünki digər partiyaların heç biri beynəlxalq təşkilatlarda təmsil olunmur”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə  deyib.

O bildirib ki, beynəlxalq təşkilatlarda onlar tərəfindən Qarabağla bağlı tutarlı mövqe ortaya qoyulub.

 

“Biz hər zaman Qarabağ məsələsinin ədalətli həll edilməsini beynəlxalq təşkilatlara bildirmişik.  Sol partiya  olaraq sülh tərəfdarıyıq. Görürük ki, bizim düşmənimiz olan  işğalçı dövlət sülh istəmir və biz də  məcburuq ki, müharibə yolu ilə torpaqlarımızı geri qaytaraq.

 

 Eyni zamanda, biz beynəlxalq təşkilatların qarşısına həqiqətləri qoyuruq. Deyirik ki, 1918-ci ilə qədər Cənubi Qafqaz ərazisində Ermənistan dövləti olmayıb. 1918-ci ildə Osmanlı imperiyası ilə ermənilər arasındakı sövdələşməyə görə Azərbaycan torpaqları olan İrəvan quberniyasında ermənilərə 9 min kvadrat kilometr torpaq verilib.

 

İndi də Qarabağ ərazisini işğal edib 20 faiz ərazimizi oğurlamaq istəyirlər. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan xalqı bununla heç vaxt razılaşmayacaq. Biz hələ ki, sülhə razıyıq. Amma məcbur etməsinlər ki, müharibəyə başlayaq”.

 

Araz Əlizadə beynəlxalq arenada Qarabağın sülh yolu ilə həll edilməsi istiqamətində çıxış etsə də, Azərbaycan daxilində belə düşünmədiyi deyir.

 

“Sosialist İnternasionalının (Sosintern) üzvü olaraq deyə bilərəm ki, beynəlxalq təşkilatlarda Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıyam. Amma, ölkə daxilində mövqeyim fərqlidir, müharibədən başqa ayrı yolumuz yoxdur”.

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı