Modern.az

Türkiyədə 12 telekanal bağlandı

Türkiyədə 12 telekanal bağlandı

Aktual

29 Sentyabr 2016, 10:30

Türkiyədə 12 televiziya kanalının yayımına xitam verilib.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Radio-Televizya Ali Şurası qərar qəbul edib.

 

Televiziyaların bağlanmasına əsas səbəb kimi onların Kürd Fəhlə Partiyasının təbliğatının aparması göstərilir.

 

İnformasiyaya görə, 12 telekanalın fəaliyyəti fövqəladə vəziyyət rejimi çərçivəsində 668 saylı qanun qüvvəsində olan qərarla dayandırılıb.

 

Fəaliyyəti dayandırılan TV-lər arasında "Hayatın sesi", "TV10", "Van TV", "Jiyan TV" və "Zarog TV" telekanlları da var. 

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı