Azərbaycan prezidenti İlham Əliyev ötən ilin noyabr ayında Türkiyə ərazisində Rusiyaya məxsus Su-24 döyüş təyyarəsinin vurulmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, prezident “RİA Novosti”yə müsahibəsində bu hadisənin provakasiya olduğuna diqqət çəkib.
“Bu hadisə kənar güclərin təxribatı olmadan əmələ gəlmədi. Onlar narahatlıqla Moskvanın və Ankaranın yaxınlaşmasını müşahidə edirdilər”-deyə prezident bildirib.
İlham Əliyev qeyd edib ki, Rusiya ilə Türkiyə arasında əlaqələrin yenidə normallaşması ədalətin bərpası idi.
Aqşin Kərimov