Modern.az

İsrailin energetika naziri Türkiyəyə səfər edəcək

İsrailin energetika naziri Türkiyəyə səfər edəcək

Aktual

7 Mart 2017, 18:43

İsrailin infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits aprel ayında Türkiyəyə işgüzar səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, nazir səfər çərçivəsində İstanbulda Atlantik şurasının iclasında iştirak edəcək.

 

Bundan başqa, Y.Ştaynits enerji əməkdaşlığı və İsrail qazının Türkiyəyə ixracı məsələlərini müzakirə edəcək.

 

Qeyd edək ki, daha əvvəl Y.Ştaynits İsrailin TANAP layihəsinə qoşula biləcəyini demişdi.

 

Modern.az

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı