Modern.az

Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir - VİDEO, FOTOLAR

Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir - VİDEO, FOTOLAR

Aktual

11 İyun 2018, 21:43

Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir. Modern.az xəbər verir ki, Musavat.com-un müxbiri Əbülfəz Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib.

 

Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin, Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub.

 

Musavat.com-a danışan Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı