Modern.az

AŞPA məcburi nikahlara dair qətnamə qəbul etdi

AŞPA məcburi nikahlara dair qətnamə qəbul etdi

Aktual

28 İyun 2018, 23:42

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropada məcburi nikahlara dair qətnamə qəbul edib. Modern.az xəbər verir ki, qətnamədə dövlətlər bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Dövlətlər əmin olmalıdırlar ki, məcburi nikahın qurbanı olmaq təhlükəsi altında olan şəxslər problemin qarşısının alınması üçün nəzərdə tutulmuş mövcud mexanizmlərdən faydalanırlar və onlara hərtərəfli yardım göstərilir. Assambleya dövlətləri bu məsələdə öz yaşadıqları ətraflarda mentaliteti dəyişə biləcək yerli cəmiyyətlərin fəaliyyətinə imkan yaradacaq müvafiq qanunlarını nəzərdən keçirməyə və onları gücləndirməyə çağırır.

 

Dövlətlərə məcburi nikah məsələsini milli strategiyalarına daxil etmək, inzibati hakimiyyət orqanlarının tərkibində bu məsələ ilə məşğul olan qurum yaratmaq, ictimai məlumatlandırma kampaniyaları təşkil etmək, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək və sair tövsiyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı