Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.