Polşada ukraynalıları aparan avtobus qəzaya uğrayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ekskursiya avtobusu ölkənin Karpataltı vilayətində yamaca aşıb. Nəticədə 3 nəfər ölüb, 51 nəfər xəsarət alıb.
Ukrayna qeydiyyatında olan avtobus Lvovdan turistləri Slovakiya sərhədinə aparırmış. Nəqliyyat vasitəsində uşaqlar da olub.