Modern.az

Moskvada tutulan Eldar Orucov sabiq OMON komandiri imiş

Moskvada tutulan Eldar Orucov sabiq OMON komandiri imiş

Актуально

29 Avqust 2018, 17:16

Moskvada avqustun 28-də şəhər Baş polis idarəsinin binasının düz qarşısında tutulan Orucov Eldar Zübeyir oğlunun barəsində Azərbaycan hüquq mühafizə orqanlarından əlavə məlumatlar əldə etmək hələlik mümkün olmayıb.

 

Bununla belə internet mənbələrində adı, soyadı və atasının adı, üstəlik təvəllüd tarixi eyni olan şəxs barədə məlumatlara rast gəlinir.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, belə məlumatlardan biri Orucov Eldar Zübeyir oğlunun Facebook səhifəsində yer alır. Orada göstərilir ki, həmin şəxs 1964-cü ildə Moskvada anadan olub, 1982-ci ildə Bakıdakı 162 saylı orta məktəbi bitirib. Həmin il Moskvada Piroqov adına tibb institutuna daxil olub. 1984-cü ildə hərbi xidmətə gedib, öz xahişi ilə hava-desant qoşunlarında xidmət keçib.

 

Hərbi xidmətdən sonra tibb təhsili almaq fikrindən daşınıb, hüquqşünas olmaq istəyib və Bakı Dövlət Universitetinə imtahan verib. Amma sonuncu imtahandan kəsilib. Sonrakı il Tomsk universitetinin hüquq fakültəsinə daxil olub və oradan BDU-ya köçürmə alıb. Moskvada firma yaradıb, 1992-ci ildə Xocalı soyqırımından sonra Azərbaycana qayıdıb döyümək qərarına gəlib və OMON sıralarına daxil olub.

 

OMON-un kəşfiyyat-diversiya qrupunun komandiri kimi döyüşlərə qatılıb, 1993-cü ildə OMON-u tərk edib və Moskvaya qayıdıb. 1994-cü ildə Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun öldürülməsindən sonra yarımçıq qalmış imtahan sessiyasını vermək üçün Bakıya qayıdıb. Həmin ilin dekabrında “rus casusu” kimi həbs edilib və 1998-ci ildə azadlığa çıxıb. O vaxtdan Azərbaycanı tərk edib və bir daha geri qayıtmayıb.

 

006-cı ildə “Azad Azərbaycan” diaspor hərəkatını yaradıb. Bu ekstremist hərəkatın liderlərindən biri OMON komandiri Rövşən Cavadovun hazırda Avstriyada yaşayan qardaşı Mahir Cavadovdur. Hərəkat internetdə “Virtual Monitor” adlı sayt üzərindən Azərbaycan hakimiyyətini devirmək çağırışları ilə çıxış edib, mənbələrdən birində bu sayt üçün ianə toplanması kampaniyası haqda bəhs edilir. Pulları köçürmək üçün isə Eldar Zübeyir oğlu Orucovun Avstriya banklarından birində açılmış hesab nömrəsi göstərilir.

 

Digər mənbədə isə göstərilir ki, Orucov Eldar Zübeyir oğlu Azərbaycanlıların Moskva Milli-Mədəni Muxtariyyətinin (“Azərmos”) Şurasının üzvüdür. Təşkilatın saytında onun fotosu da yer alır, bu “AzərRos” adlı təşkilatın Moskva bölməsidir. Rəhbəri Ağadadaş Kərimovdur. Eldar Zeynalov "Azərmos"un Moskva Şimal-Qərb inzibati dairəsi üzrə şöbəsinin rəhbəridir.

 

Başqa mənbədə isə göstərilir ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının beş vətəndaşını barələrində qaldırılmış cinayət işi üzrə istintaqa çağırıb. Çağırış vərəqəsinə əsasən istintaqa ifadə verməli olanlardan biri də Eldar Zübeyir oğlu Orucovdur. O, digər Rusiya vətəndaşları ilə birlikdə Donbassda gedən döyüşlərdə iştirak etməkdə ittiham edilir. Bildirilir ki, həmin şəxslər qondarma “Donetsk Xalq Respublikasının” keçmiş kəşfiyyat idarəsinin yaraqlıları olublar və Donbass üzərində MH17 reysi ilə uçan “Boeing” təyyarəsinin raketlə vurulmas işinə görə istintaqa çağırılıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı