Modern.az

Azərbaycanlı alim Vəfa Qurbanın Türkiyədə kitabı çap olunub  

Azərbaycanlı alim Vəfa Qurbanın Türkiyədə kitabı çap olunub  

Aktual

8 Sentyabr 2018, 10:42

Türkiyədə yaşayan azərbaycanlı alim, Doç. Dr. Vəfa Qurban Sorbonna Universitetinin tarixi müəllimi Çarls Seiqnobosun “Rus hökuməti və ya qamçı səltənəti” kitabını Osmanlı türkçəsindən Türkiyə türkçəsinə çevirib. Kitabda çar imperatorlarının mənşəyindən II Nikolaya qədər məlumatlar öz əksini tapıb. Bununla yanaşı, kitabda zadəgan və kəndli münasibətləri, rus kilsəsinin rolu, Qərb mədəniyyəti, Rusiya işğalı, Böyük Pyotrun rus zadəgan sinfinin dəyişdirməsi və.s mözvular öz əksini tapıb.

Kitab Türkiyədə böyük marağa səbəb olub. Sosial şəbəkələrdə müzakirə olunub.

Vəfa Qurban bir neçə kitabın müəllifidir. Qeyd edək ki, Dr. Vəfa Qurban Azərbaycan diasporunun tanınmış simalarında İzmir Azərbaycan Qardaşlıq və Həmrəylik Cəmiyyətinin rəhbəri Dr. Asif Qurbanın həyat yoldaşıdır.


Elnur Eltürk

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı