Modern.az

Ən çox satılmağa iddialı telefon

Ən çox satılmağa iddialı telefon

مورد توجه

9 Oktyabr 2018, 20:24

2019-cu ilin birinci rübündə satışa təqdim edilməsi gözlənilən yeni “Galaxy S10” modelinin bəzi yeni detalları ortaya çıxıb. Modern.az xəbər verir ki, "Samsung"  2019-cu ildə  3 müxtəlif S10 modeli ilə istifadəçilərin qarşısına çıxacaq. İnternetə sızan məlumata görə, bu modellər “Galaxy S10”, “Galaxy S10 +” və “Galaxy S10 Lite” adlanacaq. Əlbəttə Cənubi Koreya şirkəti bu modelləri marka etmək üçün fərqli adlardan istifadə edə bilər.

 

S seriyasının yeni üzvləri bir çox mühüm xüsusiyyətləri ilə seçiləcək. Xüsusilə “Galaxy S10 +” premium xüsusiyyətlərinə görə, "Samsung"un ən çox satan modeli olması planlaşdırılır.

 

Cənubi Koreyanın şirkəti “Galaxy S10” seriyasına əhəmiyyətli dəyişikliklər edəcəyini və  hansı rəng seçimləri ilə ortaya çıxacağını açıqlayıb.

 

Cənubi Koreyanın etibarlı bir hesabatına görə, “Samsung” yeni flaqman modelində 5 fərqli rəng istifadə etməyi planlaşdırır. Ənənəvi olaraq yüksək tələbat olan qara və ağ rəng paletleri S10 seriyasında görünəcək. Şirkətin zümrüd yaşılı, gümüş və çəhrayı rənglərdən də istifadə etməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı