Şəmkirdə avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Keçili kəndində "Mercedes" markalı minik avtomobilinin yük hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.