Ucarda yolu keçən piyadanı avtomobil vurub.
DİN-dən Modern.az-a verilən məlumata görə, fevralın 1-də saat 23 radələrində Ucar şəhərinin ərazisində şəhər sakini Elçin Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Feyruz İbrahimovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.