Modern.az

Bakıda çadır yarmarkalar quruldu  

Bakıda çadır yarmarkalar quruldu   

مورد توجه

25 Fevral 2019, 09:22

Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub. Bayram çadırları əsasən insanların sıx olduğu yerlərdə, metronun “Gənclik”, “Nəriman Nərimanov”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “İnşaatçılar”, “28 May” stansiyalarının çıxışına yaxın hissələrdə qurulub.

 

Modern.az xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də bayram çadırları Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə qurulub. Qurulan bayram çadırlarının sayının artırılacağı və martın 25-dək fəaliyyət göstərəcəyi bildirilir.

 

Çadırlardan bayram süfrəsi üçün çərəzələr, səməni, müxtəlif bayram atributlarını əldə etmək mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı