Myanmada polis məntəqəsinə edilən silahlı hücum nəticəsində 9 hüquq-mühafizə orqanları əməkdaşı öldürülüb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində baş verib. Hücum nəticəsində daha 2 polis yaralanıb.
Polisin məlumatına görə, hadisə Rakhayn ştatının Ponnagün qəsəbəsində baş verib.