Modern.az

‘’Fənərbaxça’’ italiyalı hücumçunu almaq istəyir

‘’Fənərbaxça’’ italiyalı hücumçunu almaq istəyir

Aktual

2 Aprel 2019, 11:31

“Fənərbağça”  ‘Yuventus’’un yeni gənc ulduzu Moyze Kini yayda heyətinə qatmaq istəyir. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ‘’Fanatik’’ qəzeti yazıb.

 

İstanbul klubu 19 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir. Bununla bağlı  ‘’Fənərbaxça’’ rəsmiləri Yuventusa müraciət ediblər. Bildirilib ki, əgər  ‘’Qoca  Sinyora’’ futbolçunu təcrübə qazanması üçün icarəyə göndərmək istəsə, ’’Fənərbaxça’’ onun xidmətində maraqlıdır.

İtaliya millisinin üzvü bu mövsüm klubunda keçirdiyi 6 matçda 4 qol vurmağı bacarıb.

 

Novruz NOVRUZLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı