Modern.az

Bu yolda sürət həddi endirilib

Bu yolda sürət həddi endirilib

مورد توجه

5 Aprel 2019, 21:04

Bakı-Quba yolunda sürət həddi endirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilir.

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı