Modern.az

Azərbaycan Yəmənə humanitar yardım göstərdi

Azərbaycan Yəmənə humanitar yardım göstərdi

Aktual

7 May 2019, 17:57

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı