1944-cü ildə krım tatarlarının öz doğma yurdlarından deportasiya edilməsi minlərlə ailənin taleyinə zərbə vurub. Modern.az-ın məlumatına görə, Şəfiqə Abidşeva adlı bir qadının Fera adlı qızı 1944-cü ildə Bakıda 6-cı Naqornaya küçəsi 43 ünvanında yerləşən (6-cı Dağlıq küçəsi) yetim evinə verilib. Ana öz qızını ömrünün sonuna kimi axtarıb tapa bilməyib.
Hazırda Feranın Krımda Validə, Xədicə və Tair Abdışeva adlı qardaş və bacıları yaşayır. Onlar Feranı axtarırlar. Çünki analarının vəsiyyətidir. Əgər Fera adlı bir qızcığazın sonrakı taleyini bilən varsa, yardım edin.
Onların müraciəti ilə bu linkdən tanış ola bilərsiniz