Modern.az

Səttar Mehbalıyev: “Biz nə işlər görmürük ki...!"

Səttar Mehbalıyev: “Biz nə işlər görmürük ki...!"

مورد توجه

10 Yanvar 2012, 13:58

“Biz kütləvi informasiya vasitələrinə doğru getməliyik. Onlarla sıx əlaqədə işləməliyik”. Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisində çıxışı zamanı qurumun rəhbəri, deputat Səttar Mehablıyev bildirib. Modern.az AHİK-in rəsmi orqanı olan “Ülfət” qəzetinə istinadən bildirir ki, iclasda "Azərbaycan həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və qarşıda duran məsələlər" mövzusunda məsələ müzakirə olunub.

AHİK sədri Səttar Mehbalıyev bildirib ki, KİV-lə münasibətlərdə bir sıra problemlər var.

“Etiraf edək ki, bəzi təşkilatlarımız mətbuatla münasibətin formalarını tapa bilmirlər. Biz kütləvi informasiya vasitələrinə doğru getməliyik. Onlarla sıx əlaqədə işləməliyik. Təvazökarlıqdanmı, təcrübəsizlikdənmi KİV-lərlə əlaqəli işləmədiyimizdən bəzi nabələd insanlar soruşurlar: həmkarlar ittifaqları nə iş görür? Cavab verirəm: biz nə iş görmürük ki! İşçilərin məşğulluğu, ixtisarının qarşısının alınması, istirahəti, müalicəsi … gündəlik qayğılarımızdır. Bir sahibkar 5-10 kiloqram ərzaq yardımı edir, bütün mətbuatı yığıb aparır özü ilə. Hər il AHİK sahə, rayon, şəhər, ilk həmkarlar ittifaqları minlərlə insana xeyriyyəçilik, mərhəmət əli uzadır. Belə tədbirləri bir təşkilatçılar, bir də ondan yararlananlar bilir. Cəmiyyətin isə xəbəri olmur”-deyə S.Mehbalıyev vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi informasiyaya olan tələbatı artırır və KİV-lərin ictimai həyatda rolunu xüsusilə vacib edir. AHİK bütün bunları nəzərə alaraq KİV-lərin həmkarlar ittifaqlarının fəaliyyətindəki rolunu və bu sahədə qarşıda duran vəzifələri müəyyənləşdirib/

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı