Modern.az

İspan polisi "El Klassiko" öncəsi təhlükəsizlik tədbirlərini artırıb

İspan polisi

مورد توجه

18 Dekabr 2019, 18:16

İspaniyanın Kataloniya vilayətinin polisi futbol üzrə ölkə çempionatının “Barselona” və “Real Madrid” klubları arasında matçı ərəfəsində Barselonanın “Kamp Nou” stadionu rayonunda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

 

Modern.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı xəbərə görə, asayiş keşikçiləri komandaların stadiona gəldiyi iki küçədə hərəkəti qismən dayandırıblar.

Bundan əlavə, polis otelin ətrafını çəpərləyib.

 

Qeyd edək ki, "Barselona” - “Real Madird” qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı