Modern.az

Gəncədə süpürgəçini maşın vurub öldürdü

Gəncədə süpürgəçini maşın vurub öldürdü

Aktual

6 Fevral 2020, 00:36

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Passat Tuareg” markalı minik maşını yolu süpürən Məmmədova Elminaz Yusif qızını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Hazırda piyadanın  kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı