Modern.az

Toqquşmalarda onlarla insan xəsarət aldı

Toqquşmalarda onlarla insan xəsarət aldı

Актуально

6 Fevral 2020, 00:53

İraqın cənubundakı Nəcəf əyalətinin eyniadlı şəhərində nümayişçilərlə nüfuzlu şiə siyasətçisi və dini lider Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar olub.

Modern.az  xarici mediaya  istinadən  xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən "Al-Sumaria" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, toqquşmalar zamanı azı 85 nəfər xəsarət alıb.

"85 nəfərin xəsarəti qeydə alınıb, onlardan bəziləri əyalət mərkəzi Nəcəfdə ciddi yaralanıb", - mənbə telekanala bildirib.

İraqda 2019-cu ilin oktyabrından davam edən etirazların gedişatında nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ölkə prezidentinin sözlərinə görə, toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən etiraz aksiyaları nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min nəfər xəsarət alıb. Bu, 2003-cü ildə sabiq dövlət başçısı Səddam Hüseynin devrilməsindən İraqda ən genişmiqyaslı etiraz aksiyalarıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı